QADIN PELVIC FLOOR (TAZ DİBİ) VƏ GENİTAL ESTETİK ANATOMİYASI

AZƏRBAYCANDA İLK DƏFƏ!
@aeta.az və Buta Education-ın təşkilatçılığı və Beynəlxalq Kadavr Akademiyası (ICA) ilə Seçenov Universiteti Bakı Filialının Simulyasiya və Akkreditasiya Mərkəzi arasında yeni əməkdaşlıq çərçivəsində ginekologiya üzrə ilk kadavr kursu keçiriləcək.

Bu unikal və yüksək səviyyəli praktiki kurs iyunun 5-də baş tutacaq.
Kursu ekspert Dr. Olqa Akçurina ilə yanaşı, tanınmış mama-ginekoloq, tibb elmləri doktoru, professor Dr.İslam Mahalov aparacaq.

İştirakçılar real biomaterial üzərində işləyərək ginekoloji prosedurlar üzrə praktiki bacarıqlar və praktiki biliklər əldə edəcəklər. Kurs sonunda beynəlxalq səviyyədə tanınan sertifikat veriləcək.

Bu, ginekologiya sahəsində təcrübələrini dərinləşdirmək və bacarıqlarını artırmaq istəyən hər kəs üçün qaçırılmaz fürsətdir.

Yerlər məhduddur. Öncədən qeydiyyat tələb olunur.
Ətraflı məlumat və qeydiyyat üçün: +994 50 505 03 66